“ABŞ Ukraynada deeskalasiyaya nail olmaq üçün nüvə qüvvələrinin hazırlıq səviyyəsini qaldırmaq niyyətində deyil”.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib.
“Prezident Putin nüvə silahları ilə bağlı çox məntiqsiz açıqlamalar verib. Biz Kremllə şəxsi söhbətlərimizdə həmişə təkrar edirik ki, nüvə silahından heç vaxt istifadə edilməməlidir. Biz ABŞ-da bu barədə ictimaiyyətə çox aydın şəkildə deyirik”, - deyə o bildirib.