ABŞ Nümayəndələr Palatası yeni büdcə layihəsini qəbul edib

ABŞ Nümayəndələr Palatası yeni büdcə layihəsini qəbul edib Qeyd olunur ki, hər iki sənəd ABŞ-Meksika sərhədində divar tikintisi üçün pul ayrılmasını nəzərdə tutmur
Digər ölkələr
1370
4 Yanvar , 2019 09:38
ABŞ Nümayəndələr Palatası yeni büdcə layihəsini qəbul edib

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ Nümayəndələr Palatası federal hökumətin maliyyələşdirilməsi ilə bağlı iki qanun layihəsi qəbul edib: bunlardan biri fevralın 8-nə qədər Daxili Təhlükəsizlik Nazirliyiniə vəsait ayrılmasını, digəri isə sentyabrın 30-dək ABŞ-ın yerdə qalan qurumlarına vəsait ayrılmasını nəzərdə tutur.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd olunur ki, hər iki sənəd ABŞ-Meksika sərhədində divar tikintisi üçün pul ayrılmasını nəzərdə tutmur.

Agentliyin məlumatına görə, hər iki qanun layihəsi əksəriyyətin demokratlara məxsus olduğu Nümayəndələr Palatasının konqresmenlərinin böyük hissəsəsi tərəfindən dəstəklənib. Eyni zamanda Senatda respublikaçıların əksəriyyətinin rəhbəri Mitç Makkonnell partiyasının bu sənədləri dəstəkləməyəcəyini söyləyib.

Xatırladaq ki, dekabrın 22-də Konqresin yeni büdcə ilə bağlı razılıq əldə edə bilməməsi səbəbindən ABŞ-ın bir sıra federal qurumları işini qismən dayandırmış və "şatdaun" rejiminə keçid etmişdi.

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi üçün 5 milyard dolların nəzərdə tutulmayacağı təqdirdə büdcəni imzalamaq niyyətində deyil, demokratlar isə belə xərclərin olduğu sənədi dəstəkləməyə hazır deyil.

Son xəbərlər

Orphus sistemi