ABŞ Myanmaya qarşı sanksiya tətbiq edə bilər

ABŞ Myanmaya qarşı sanksiya tətbiq edə bilər ​Vaşinqton artıq Myanma ordusu ilə əməkdaşlığı məhdudlaşdırıb
Digər ölkələr
24 Oktyabr , 2017 05:53
ABŞ Myanmaya qarşı sanksiya tətbiq edə bilər

Bakı. 24 oktyabr. REPORT.AZ/ Amerika hökuməti Myanmanın Rakhayn ştatında insan haqlarının pozulmasına görə Neypidoya qarşı sanksiya tətbiq edə bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

"Biz onların Maqnitski qanununa əsasən məqsədyönlü qlobal sankisyalar daxil olmaqla ABŞ qanunvericiliyinə uyğun məsuliyyətə cəlb edilməsi mexanizmlərini öyrənirik", - deyə məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, Myanma hökuməti və onun silahlı qüvvələri ölkədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görməlidir.

Bundan əlavə, idarə qeyd edib ki, ABŞ artıq Myanma ordusu ilə qarşılıqlı fəaliyyəti məhdudlaşdırıb.

Son xəbərlər

Orphus sistemi