Yuxarı

ABŞ Müdafiə naziri: "Pentaqon bakteriyanın canlı nümunələrini göndərənləri tapacaq"

Rəsmilər bakteriya nümunələrinin ABŞ-dakı 24 laboratoriyaya, həmçinin iki xarici ölkəyə göndərildiyini bildirmişdi

Bakı. 1 İyun. REPORT.AZ/ ABŞ-ın Müdafiə naziri Eşton Karter ölümcül qarayara xəstəliyinin bakteriya nümunələrinin səhvən nazirliyin laboratoriyasından göndərilməsinə görə məsuliyyət daşıyanların müəyyən ediləcəyini deyib. "Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, Vyetnama səfəri zamanı Hay Phonq liman şəhərində hərbi dəniz donanmasının qərargahında olan Eşton Karter bakteriya nümunələrinin göndərilməsini təəssüf doğuran insident adlandırıb.

O bildirib ki, Pentaqon bunun ictimai səhiyyə üçün mümkün nəticələrinin məhdudlaşdırılması və bir daha baş verməsinin qarşısının alınması üzərində işləyir.

ABŞ müdafiə nazirliyi cümə günü bildirib ki, qarayara xəstəliyinin canlı bakteriya nümunələrinin səhvən göndərilməsi əvvəl düşünüldüyündən daha artıq səviyyədə baş verib.

Rəsmilər Yuta ştatında ABŞ-ın hərbi laboratoriyasından bakteriya nümunələrinin Birləşmiş Ştatların 11 ştatında 24 laboratoriyaya, həmçinin iki xarici ölkəyə - Cənubi Koreya və Avstraliyaya göndərildiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi