Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ müdafiə naziri Eşton Karter İraqa elan olunmamış səfər edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, E.Karter səfər zamanı İraq baş naziri Hayder əl-Abadi və müdafiə naziri Xalid əl-Obeydi ilə görüşəcək, eləcə də İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiya qüvvələrinin komandanı Şon Makfarlandla görüş keçirəcək.
"France Presse" agentliyinin məlumatına görə, E.Karter İraqa baş nazir əl-Abadi ilə İŞİD ilə mübarizə və Mosulun terrorçulardan azad edilməsi planları haqqında danışmaq üçün yollanıb.