ABŞ MKİ-nin direktoru İsrailə ilk rəsmi səfərini edib

ABŞ MKİ-nin direktoru İsrailə ilk rəsmi səfərini edib İsrailin Baş naziri Naftali Bennet Təl-Əvivdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernslə görüşüb.
Digər ölkələr
11 Avqust , 2021 13:34
ABŞ MKİ-nin direktoru İsrailə ilk rəsmi səfərini edib

İsrailin Baş naziri Naftali Bennet Təl-Əvivdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernslə görüşüb.

“Report” “news.co”ya istinadən xəbər verir ki, bu, Uilyam Bernsin direktor kimi İsrailə ilk rəsmi səfəridir.

Bildirilib ki, görüşdə MOSSAD-ın başçısı Dadi Barnea, İsrail milli təhlükəsizlik şurasının başçısı Eyal Xulata, Baş nazirin xarici işlər üzrə müşaviri Şimrit Meir, hökumətin hərbi katibi Avi Qil də iştirak edib.

Məlumata görə, tərəflər kəşfiyyat və müdafiə sahəsində ABŞ-la İsrail arasında əməkdaşlıq məsələlərindən danışıblar. Müzakirə mövzularından biri İranın yeni Prezidenti İbrahim Rəisi ilə bağlı olub. Bundan başqa, tərəflər İranın mümkün təhlükəsinə dair məsələləri də müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi