ABŞ Misirə 197 milyon dollarlıq hərbi sursat verəcək

ABŞ Misirə 197 milyon dollarlıq hərbi sursat verəcək ABŞ Misirə 197 milyon ABŞ dolları məbləğində hərbi sursat verəcək
Digər ölkələr
17 Fevral , 2021 10:28
ABŞ Misirə 197 milyon dollarlıq hərbi sursat verəcək

ABŞ Misirə 197 milyon dollar dəyərində hərbi sursat verəcək.

“Report” “NEWSru.co.il”ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamaneti müvafiq qərar qəbul edib.

Hərbi sursatlar Misirin Hərbi Dəniz Donanması üçün nəzərdə tutulub. Onlar ölkənin sahilyanı bölgələrinin və Süveyş kanalı yaxınlığının qorunmasını önəmli dərəcədə gücləndirəcəklər.

“Yaxın Şərqdə strateji tərəfdaşımız və NATO-dan kənar vacib müttəfiqimiz olan Misirə tədarük edilən sursat ölkənin təhlükəsizliyinin gücləndirilməsi, ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləmək üçündür”, - Dövlət Departamentindən bildirilib.

Son xəbərlər

Orphus sistemi