ABŞ milli kəşfiyyatının yeni direktoru məlum olub

ABŞ milli kəşfiyyatının yeni direktoru məlum olub Senat Dan Koutsu sözügedən vəzifəyə təsdiq edib
Digər ölkələr
16 Mart , 2017 00:43
ABŞ milli kəşfiyyatının yeni direktoru məlum olub

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ Konqresinin Senatı martın 15-də keçirilən iclasında Dan Koutsu milli kəşfiyyatın direktoru vəzifəsinə təsdiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, qərarı 85 senator dəstəkləyib, 12-si bunun əleyhinə çıxıb.

Kouts 1980-ci ildən ABŞ Konqresində, əvvəlcə Nümayəndələr Palatasında, sonra isə Senatda İndiana ştatını təmsil edib. 2001-2005-ci illərdə o, ABŞ-ın Almaniyadakı səfiri işləyib.

Milli kəşfiyyatın yeni direktoru anti-Rusiya sanksiyalarının qızğın tərəfdarıdır. 2014-cü ildən onun Rusiya ərazisinə girişi qadağan edilib. 

Son xəbərlər

Orphus sistemi