ABŞ Milli Arxiv İdarəsi Con Kennedinin qətli ilə bağlı 2891 sənəd dərc edib - YENİLƏNİB

ABŞ Milli Arxiv İdarəsi Con Kennedinin qətli ilə bağlı 2891 sənəd dərc edib - YENİLƏNİB Daha bir neçə yüz fayl isə məxfi qalacaq
Digər ölkələr
27 Oktyabr , 2017 04:21
ABŞ Milli Arxiv İdarəsi Con Kennedinin qətli ilə bağlı 2891 sənəd dərc edib - YENİLƏNİB

Bakı. 27 oktyabr. REPORT.AZ/ ABŞ-ın Milli Arxiv İdarəsinin məlumat bazasında keçmiş Amerika lideri Con Kennedinin qətli ilə bağlı 2 min 891 sənəd dərc olunub.

“Report” xəbər verir ki, bu sənədlər prezident Con Kennedinin 1992-ci ildə qətli haqqında materialların toplanmasına dair Aktda öz əksini tapıb.

Məxfi faylların bundan əvvəlki hissəsi 2017-ci ilin iyulunda ictimaiyyətə təqdim olunub. Orada 3 min 810 sənəd var idi.

Yerdə qalan sənədlərin açıqlanmamasına milli təhlükəsizliyin təmin edilməsi maraqlarından çıxış edən Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsinin tələbi səbəb olub.


***03:24

Bakı. 27 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp keçmiş Amerika lideri Con Kennedinin qətlinə dair 2,8 min məxfi sənədi dərc edəcək, daha bir neçə yüz fayl isə məxfi qalacaq.

"Report" "The Hill" nəşrinə istinadən xəbər verir ki, 3,1 min sənəddən təqribən 2,8 mini nəşrə hazırdır.

Yerdə qalan sənədlərin açıqlanmamasına milli təhlükəsizliyin təmin edilməsi maraqlarından çıxış edən Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsinin tələbi səbəb olub.

Bundan əvvəl ABŞ-ın 35-ci prezidentinin qətli haqqında sənədlərin oktyabrın 26-da dərc olunacağı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi