ABŞ məktəbində atışmanı 6-cı sinif şagirdinin törətdiyi məlum oldu

ABŞ məktəbində atışmanı 6-cı sinif şagirdinin törətdiyi məlum oldu ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları Aydaho ştatının Riqbi şəhərində yerləşən məktəbdəki atışma yerində işləməyə davam edirlər
Digər ölkələr
7 May , 2021 03:49
ABŞ məktəbində atışmanı 6-cı sinif şagirdinin törətdiyi məlum oldu

ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları Aydaho ştatının Riqbi şəhərində yerləşən məktəbdəki atışma yerində işləməyə davam edirlər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları atəşin məktəb binasına silah keçirməyə nail olmuş altıncı sinif şagirdi tərəfindən açıldığını müəyyənləşdiriblər.

Ceferson dairəsinin şerifi bildirib ki, məktəbli qız çantadan tapançanı çıxarıb və təhsil müəssisəsində, həmçinin onun hüdudları xaricində atəş açmağa başlayıb.

Qızı müəllimlərdən biri saxlamağa müvəffəq olub, o, qəfil silahı şagirdin əlindən alıb.

Daha əvvəl məlum olub ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Xəsarət alanlar şagirdlər və yaşca böyük daha bir nəfər - mühafizəçidir.

Son xəbərlər

Orphus sistemi