ABŞ-Meksika sərhədində divar inşası üçün iki şirkətlə müqavilə imzalanıb

ABŞ-Meksika sərhədində divar inşası üçün iki şirkətlə müqavilə imzalanıb Pentaqon ABŞ-ın Meksika ilə sərhədində inşa ediləcək divarın tikintisi üçün iki şirkətlə müqavilə imzalayıb.
Digər ölkələr
10 Aprel , 2019 08:23
ABŞ-Meksika sərhədində divar inşası üçün iki şirkətlə müqavilə imzalanıb

Pentaqon ABŞ-ın Meksika ilə sərhədində inşa ediləcək divarın tikintisi üçün iki şirkətlə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi səhifəsində yer alıb. Bildirilir ki, müqavilənin ümumi dəyəri 976 milyon dollar təşkil edəcək. 789 milyon dollar məbləğində olan birinci müqavilə Nyu-Meksiko ştatında sərhəddə hasar ikintisi ilə məşğul olacaq, Texas ştatından "SLSCO" şirkəti ilə bağlanıb.

187 milyon dollar məbləğində olan ikinci müqavilə Montana ştatından "Barnard Construction" şirkəti ilə bağlanıb. Bu şirkət Arizona ştatında divarın inşası ilə məşğul olacaq. Ümumilikdə vəsait 91 km uzunluğunda divarın tikintisi, sərhəd boyunca yolların və sərhəd infrastrukturunun təkmilləşdirilməsinə yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi