ABŞ Meksika ilə sərhəddə immiqrasiya siyasətini sərtləşdirməyə hazırlaşır

ABŞ Meksika ilə sərhəddə immiqrasiya siyasətini sərtləşdirməyə hazırlaşır ABŞ prezidenti Cozef Baydenin administrasiyası miqrantların ABŞ-Meksika sərhəddində sığınacaq tələb etmələrini çətinləşdirmək üçün Konqressiz birtərəfli tədbirlər görməyi nəzərdən keçirir.
Digər ölkələr
22 Fevral , 2024 00:43
ABŞ Meksika ilə sərhəddə immiqrasiya siyasətini sərtləşdirməyə hazırlaşır

ABŞ prezidenti Cozef Baydenin administrasiyası miqrantların ABŞ-Meksika sərhəddində sığınacaq tələb etmələrini çətinləşdirmək üçün Konqressiz birtərəfli tədbirlər görməyi nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “NBC News” üç amerikalı məmura istinadən məlumat yayıb.

Bu tədbirlər qəbul olunarsa, ABŞ səlahiyyətliləri meyarlara cavab verməyən yeni gələn miqrantları tez bir zamanda deportasiya edə biləcək. Məqsəd cənub sərhədini qanunsuz keçən miqrantların sayını azaltmaqdır.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin rəsmilərindən sığınacaq axtaranların ilk yoxlanışı zamanı müsahibə standartlarını yüksəltmələri tələb olunacaq.

ABŞ-a qeyri-qanuni immiqrasiya problemi ilə bağlı artan gərginlik fonunda, Texas hakimiyyəti qeyri-qanuni sərhəd keçidlərinin axınının artması ilə bağlı narahatlığını bildirib.

Respublikaçılar milli maraqları qorumaq üçün immiqrasiya siyasətinin sərtləşdirilməsinin və sərhədin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayırlar.

Son xəbərlər

Orphus sistemi