ABŞ məhkəməsi Donald Trampın yeni miqrasiya fərmanının icrasını dayandırıb

ABŞ məhkəməsi Donald Trampın yeni miqrasiya fərmanının icrasını dayandırıb Qərar Havay ştatı rəhbərliyinin müvafiq sorğusu öyrənildikdən sonra qəbul olunub
Digər ölkələr
16 Mart , 2017 03:32
ABŞ məhkəməsi Donald Trampın yeni miqrasiya fərmanının icrasını dayandırıb

Bakı. 16 mart. REPORT.AZ/ Amerikanın Havay ştatının hakimi çərşənbə günü ölkə prezidenti Donald Trampın yeni miqrasiya fərmanının icrasını dayandıran qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, hakim Derrik Uotson öz göstərişini ştat rəhbərliyinin müvafiq sorğusunu öyrəndikdən sonra verib.

CNN-in məlumatına görə, bu qərar martın 15-i gecə yarı (Bakı vaxtı ilə 08:00) bütün ölkə üzrə qüvvəyə minməli olan fərmanın icrasını dayandırır.

ABŞ prezidenti Donald Tramp martın 6-da Yaxın Şərq və Şimali Afrikanın 6 müsəlman ölkəsi vətəndaşlarının Birləşmiş Ştatlara girişinə 90 gün müddətinə qadağa qoyan fərman imzalayıb.

Son xəbərlər

Orphus sistemi