ABŞ Maduronun yaxın ətrafına qarşı viza məhdudiyyəti tətbiq edib

ABŞ Maduronun yaxın ətrafına qarşı viza məhdudiyyəti tətbiq edib Bakı. 2 mart. REPORT.AZ/ ABŞ Venesuela prezidenti Nikolas Maduroya yaxın olan onlarla məmur və onların ailə üzvlərinə qarşı viza məhdudiyyəti tətbiq edib.
Digər ölkələr
2 Mart , 2019 02:56
ABŞ Maduronun yaxın ətrafına qarşı viza məhdudiyyəti tətbiq edib

Bakı. 2 mart. REPORT.AZ/ ABŞ Venesuela prezidenti Nikolas Maduroya yaxın olan onlarla məmur və onların ailə üzvlərinə qarşı viza məhdudiyyəti tətbiq edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.

"ABŞ Venesuelada demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı yeni viza məhdudiyyətləri tətbiq edib. Biz bu siyasəti Maduro ilə bağlı bir sıra şəxslər və onların ailə üzvlərinə qarşı aparırıq", - deyə Abrams brifinqdə bildirib.

O, məhdudiyyətin "onlarla insan"a aid olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi