ABŞ Maduronu dəstəkləyən Rusiyanı təhdid etdi

ABŞ Maduronu dəstəkləyən Rusiyanı təhdid etdi ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Venesuela prezidenti Nikolas Maduronu dəstəklədiyinə görə cəzasız qalmayacaq.
Digər ölkələr
7 Fevral , 2020 06:34
ABŞ Maduronu dəstəkləyən Rusiyanı təhdid etdi

ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Venesuela prezidenti Nikolas Maduronu dəstəklədiyinə görə cəzasız qalmayacaq.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, amerikalı diplomat Rusiyanı təhdid edib:

“Bir neçə administrasiya rəsmisinin qeyd etdiyi kimi, ruslar tezliklə Maduroya dəstəyinin artıq cəzasız qalmayacağını biləcəklər. Madurodan faydalanmağa və ya ona dəstək olmağa davam edən digərləri ehtiyatlı olmalıdırlar. Ümumiyyətlə, qarşıdakı həftələrdə Venesuela ilə bağlı ciddi addımların atılacağını görəcəksiniz”.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Оbrayen bildirib ki, Rusiya Venesuelaya münasibətdə siyasətini dəyişməsə “Rosneft” şirkəti ilə bağlı tədbirlər görüləcək. 

Son xəbərlər

Orphus sistemi