ABŞ-la Rusiya silahlara nəzarət məsələsini müzakirə edəcək

ABŞ-la Rusiya silahlara nəzarət məsələsini müzakirə edəcək ABŞ prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli Vyanaya səfər edəcək.
Digər ölkələr
20 iyun 2020 04:14
ABŞ-la Rusiya silahlara nəzarət məsələsini müzakirə edəcək

ABŞ prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli Vyanaya səfər edəcək.

“Report”un məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 22 iyun tarixində baş tutacaq ikigünlük səfər zamanı Marşall Billinqsli Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ilə görüşəcək.

“Silahlara nəzarət mexanizmi müzakirə mövzusu olacaq. Amerika Birləşmiş Ştatları Çin Xalq Respublikasına bu müzakirələrə qoşulmaq üçün dəvət göndərib və hər üç ölkənin silah nəzarəti ilə bağlı danışıqlar aparması zəruridir”-deyə, məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi