ABŞ-KXDR sammitinə görə Cənubi Koreya Prezidentinin reytinqi azalıb

ABŞ-KXDR sammitinə görə Cənubi Koreya Prezidentinin reytinqi azalıb Mun Çje İnin populyarlığı 45%-ə qədər enib
Digər ölkələr
14 Mart , 2019 12:58
ABŞ-KXDR sammitinə görə Cənubi Koreya Prezidentinin reytinqi azalıb
0 : 00
0 : 00

Cənubi Koreya Prezidenti Mun Çje İnin reytinqi onun 2017-ci ilin mayında hakimiyyətə gəlməsindən sonra ən aşağı səviyyəyə düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın "Realmeter" Reytinq Agentliyinin keçirdiyi sorğunun nəticələri göstərir.

Agentliyin məlumatına görə, ölkə ərazisində 1,5 milyon insanın qatıldığı sorğuda Mun Çje İnin populyarlığı 45% düşüb.

"Realmeter" Prezidentin reytinqinin azalmasına təsir edən səbəblərdən biri kimi, bu yaxınlarda Vyetnamda keçirilmiş ABŞ-KXDR sammitindən sonra əhali arasında Şimali Koreyanın nüvəsizləşdirilməsi perspektivlərinə olan inamsızlığın artmasını göstərib.

Son xəbərlər

Orphus sistemi