ABŞ KXDR-in 11 vətəndaşına qarşı sanksiya tətbiq edib

ABŞ KXDR-in 11 vətəndaşına qarşı sanksiya tətbiq edib Sanksiya həmçinin Şimali Koreyanın bir şirkətinə də aiddir
Digər ölkələr
31 Mart , 2017 21:32
ABŞ KXDR-in 11 vətəndaşına qarşı sanksiya tətbiq edib
Foto: AP Photo/ J. David Ake

Bakı. 31 mart. REPORT.AZ/ ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) 11 vətəndaşına qarşı sanksiya tətbiq edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, onlardan üçü Moskvada yaşayır. Bunlar "Ilsim International Bank"ın təmsilçisi Çot Çun Yanq, Kim Nam Unq və "Foreign Trade Bank"ın nümayəndəsi Han Janq Sudur.

ABŞ-ın sanksiya tətbiq etdiyi digər şəxslər KXDR-in Çində, Vyentamda və Kubadakı xarici ticarət təşkilatının nümayəndələridir. Birləşmiş Ştatlar həmçinin Şimali Koreyanın bir şirkətinə də qarşı sanksiya tətbiq edib.

"Bugünkü sanksiyalar Şimali Koreyanın qanunsuz nüvə ballistik proqramının maliyyələşməsində istifadə etdiyi şəbəkə və metodların dağıdılmasına xidmət edir" – deyə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. 

Son xəbərlər

Orphus sistemi