ABŞ KXDR-ə qarşı sanksiyalara görə BMT TŞ-nın iclasını çağırıb

ABŞ KXDR-ə qarşı sanksiyalara görə BMT TŞ-nın iclasını çağırıb Bakı. 15 sentyabr. REPORT.AZ/ ABŞ bir sıra ölkələrin KXDR-ə qarşı sanksiyalara riayət etməməsi səbəbindən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırıb.
Digər ölkələr
15 Sentyabr , 2018 15:45
ABŞ KXDR-ə qarşı sanksiyalara görə BMT TŞ-nın iclasını çağırıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ ABŞ bir sıra ölkələrin KXDR-ə qarşı sanksiyalara riayət etməməsi səbəbindən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırıb.

"Report"un məlumatına görə, bu barədə Associated Press xəbər verib.

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli bildirib ki, ekspertlər Şimali Koreyaya sanksiyaları pozan neft tədarükü haqqında hesabat dərc etməlidirlər. 

Onun sözlərinə görə, tədarükün bir hissəsi Rusiya gəmiləri tərəfindən həyata keçirilir. 

Dövlət katibi Mayk Pompeo da Rusiyanı BMT TŞ-nın KXDR üzrə komitəsinə təsir göstərmək cəhdində ittiham edib.

Son xəbərlər

Orphus sistemi