ABŞ Kubaya qarşı sanksiyaları yüngülləşdirib

ABŞ Kubaya qarşı sanksiyaları yüngülləşdirib Ölkələr arasında pul köçürmələrinin, həmçinin bir sıra malların ixracı asanlaşdırılıb
Digər ölkələr
14 Oktyabr , 2016 22:21
ABŞ Kubaya qarşı sanksiyaları yüngülləşdirib

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ Kubaya qarşı sanksiya rejiminin yumşaldıldığını elan edib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, iki ölkə arasında pul köçürmələrinin, alkoqollu, həmçinin bir sıra başqa malların ixracı əhəmiyyətli dərəcədə asanlaşdırılıb.

Amerika hakimiyyətinin məlumatına görə, humanitar ehtiyaclarla, səyahətlərlə və təhsillə bağlı pul köçürmələrinə məhdudiyyətlər yumşaldılıb.

Bundan başqa, istehlak mallarının, alkoqollu məhsullar da daxil olmaqla, qida və yüngül sənaye məhsullarının da ixracı əhəmiyyətli dərəcədə sadələşdirilib.  

Son xəbərlər

Orphus sistemi