ABŞ Kubadan Vaşinqtondakı səfirliyinin əməkdaşlarını azaltmağı istəyir

ABŞ Kubadan Vaşinqtondakı səfirliyinin əməkdaşlarını azaltmağı istəyir Bildirilir ki, oktyabrın 3-də bu barədə Havanaya rəsmi müraciət ünvanlana bilər
Digər ölkələr
3 Oktyabr , 2017 07:44
ABŞ Kubadan Vaşinqtondakı səfirliyinin əməkdaşlarını azaltmağı istəyir

Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ-ın Prezident Administrasiyası Kubadan Vaşinqtonda yerləşən diplomatik nümayəndəliyindəki işçilərinin sayını 60 faiz azaltmağı xahiş edəcək.

"Report" xəbər verir ki, bu barədə Ağ evdəki mənbəyə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, ABŞ Dövlət Departamenti bunu oktyabrın 3-də artıq elan edə bilər.

Məmurların fikrincə, bunda məqsəd Kubanı cəzalandırmaq yox, hər iki ölkə missiyasının eyni sayda əməkdaşa malik olmasını təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi