ABŞ Kuba səfirliyinin 15 diplomatına ölkəni tərk etmələri üçün bir həftə vaxt verib

ABŞ Kuba səfirliyinin 15 diplomatına ölkəni tərk etmələri üçün bir həftə vaxt verib Buna səbəb ABŞ-ın Kubadakı səfirliyinin əməkdaşlarının və onların ailə üzvlərinin son bir ildə akustik hücumlara məruz qalmalarıdır
Digər ölkələr
3 Oktyabr , 2017 19:51
ABŞ Kuba səfirliyinin 15 diplomatına ölkəni tərk etmələri üçün bir həftə vaxt verib

Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ Kubanın Vaşinqtondakı səfirliyinin 15 diplomatına ölkə ərazisini tərk etmələri üçün bir həftə vaxt verib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Kubadakı səfirliyinin əməkdaşlarının və onların ailə üzvlərinin son bir ildə akustik hücumlara məruz qalmalarıdır. 

Qeyd edək ki, artıq ABŞ-ın Havanadakı səfirliyinin işçilərinin yarıdan çoxu geri çağırılıb. Bundan başqa, ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Kubaya səfər etməməklə bağlı xəbərdarlıq edib.  

Son xəbərlər

Orphus sistemi