Yuxarı
    Bağlamaq

    ​ABŞ rəsmiləri son 50 ildə ilk dəfə olaraq Kubaya səfər ediblər

    Senatorlar Kuba rəhbərliyi və ictimai xadimləri ilə münasibətlərin normallaşdırılması üzrə praktiki tədbirləri müzakirə edəcəklər

    Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin rəsmi nümayəndə heyəti 1961-ci ildə iki ölkə arasında münasibətlərin pozulmasından sonra ilk dəfə olaraq Kubaya səfər edib.

    "Report" xəbər verir ki, Nümayəndələr palatasının Demokratlar partiyasından olan senator və üzvləri Kuba rəhbərliyi və ictimai xadimləri ilə münasibətlərin normallaşdırılması üzrə praktiki tədbirləri müzakirə edəcəklər.

    "Biz hamımız əvvəllər ayrı-ayrılıqda Kubada olmuşduq. Biz Barak Obamanın Kuba ilə bağlı siyasətini qətiyyətlə dəstəkləyirik", – deyə nümayəndə heyətinin rəhbəri Patrik Lihi bildirib.

    Xatırldaq ki, 2014-cü il dekabrın 17-də ABŞ prezidenti Barak Obama və Kuba rəhbəri Raul Kastro eyni vaxtda televiziya vasitəsilə çıxış edərək Vaşinqton və Havana arasında diplomatik münasibətlərin qarşıda bərpa olunacağını elan ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi