Yuxarı

ABŞ-Kuba danışıqları Vaşınqtonda davam edəcək

Danışıqlara səfirliklərin yenidən açılması istiqamətində müzakirələr də daxildir

Baku. 21 May. REPORT.AZ/ ABŞ və Kuba nümayəndə heyətləri iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqları davam etdirmək üçün Vaşınqtonda bir araya gələcək.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, danışıqlar prezident Barak Obamanın Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaq haqda qərarının mayın 29-nadək Konqresdə səsə qoyulmasından əvvəl keçirilir.

ABŞ qanunvericiləri Amerikanın Kuba ilə münasibətlərinin normallaşmasının ölkənin xeyrinə və ya ziyanına olacağını sual edir.

Vaşınqton danışıqlarına səfirliklərin yenidən açılması istiqamətində müzakirələr də daxildir.

Bu həftənin əvvəli Kubanın Xarici işlər nazirliyinin direktor müavini Qustavo Maçin deyib ki, bu görüş səfirliklərin açılmasından əvvəl keçiriləcək sonuncu görüş ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi