ABŞ koronavirusa yoluxmuş 3 alimin tibbi məlumatlarını istəyir

ABŞ koronavirusa yoluxmuş 3 alimin tibbi məlumatlarını istəyir ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi Çini bəzi xəstələrin tibbi məlumatlarını açıqlamağa çağırıb. Onun fikrincə, həmin şəxslərin xəstəlikləri yeni koronavirus infeksiyasının mənşəyini tapmaqda kömək edə bilər.
Digər ölkələr
4 İyun , 2021 15:08
ABŞ koronavirusa yoluxmuş 3 alimin tibbi məlumatlarını istəyir

ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi Çini bəzi xəstələrin tibbi məlumatlarını açıqlamağa çağırıb. Onun fikrincə, həmin şəxslərin xəstəlikləri yeni koronavirus infeksiyasının mənşəyini tapmaqda kömək edə bilər.

Report” TASS-a istinadən məlumat verir ki, bu barədə “Financial Times” qəzeti xəbər yayıb.

Söhbət 2019-cu ilin noyabr ayında xəstələndikləri güman edilən Vuhan Virusologiya İnstitutunun 3 əməkdaşının, həmçinin 2012-ci ildə yarasaların yaşadığı mağarada olduqdan sonra özlərini pis hiss etmiş 6 şaxtaçının xəstəlik tarixçələrindən gedir. Nəticədə mədən işçilərindən üçü xəstəlikdən vəfat edib. İnstitutun əməkdaşları yarasalardan nümunələr götürmək üçün həmin mağaraya səfər ediblər: “2019-cu ildə xəstələndikləri bildirilən 3 nəfərin tibbi məlumatları ilə tanış olmaq istərdim. Onlar həqiqətən yoluxublar? Əgər elədirsə, hansı xəstəliyə?” – Fauçi qəzetə bildirib.

“İllər əvvəl xəstələnmiş şaxtaçılarla da bağlı vəziyyət maraqlıdır. Bu şəxslərin tibbi məlumatlarında nə göstərilir? Onlar virusa yoluxublar? Hansı virusa? Ehtimal ki, SARS-CoV-2-nin mənşəyi mağara ilə bağlıdır. Virus ya təbii yolla yayılmağa başlayıb, ya da laboratoriyadan kənara çıxıb”, - deyə ABŞ-ın baş infeksionisti bildirib.

Xatırladaq ki, ABŞ kəşfiyyatına istinad edən “The Wall Street Journal” may ayında iddia etmişdi ki, Vuhan virusologiya institutunda çalışan 3 çinli alim 2019-cu ilin noyabrında ağır xəstəlik keçirib. Bu isə yeni koronavirusun süni mənşəli olması nəzəriyyəsini təsdiq edir. Çin XİN isə bu barədə xəbərləri təkzib edib.

Son xəbərlər

Orphus sistemi