ABŞ koronavirusa qarşı bu preparatdan istifadə edəcək

ABŞ koronavirusa qarşı bu preparatdan istifadə edəcək ABŞ-ın tibbi tənzimləyiçisi FDA “Gilead” şirkətinin koronavirusa qarşı remdesivir preparatından istifadəni bəyənib.
Digər ölkələr
1 may 2020 20:23
ABŞ koronavirusa qarşı bu preparatdan istifadə edəcək

ABŞ-ın tibbi tənzimləyiçisi FDA “Gilead” şirkətinin koronavirusa qarşı remdesivir preparatından istifadəni bəyənib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Bu, koronavirusla xəstəxanaya yerləşdirilmiş pasiyentlər üçün müalicənin əhəmiyyətli vasitəsidir", - Tramp deyib.

“Gilead” səhmləri Trampın bəyanatı ilə əlaqədar qalxıb, amma sonra 4,82% azalıb.

Remdesivir antivirus preparatı Ebolaya qarşı mübarizə çərçivəsində hazırlanıb, amma öz effektivliyini sübut etməyib. O, daha sonra SARS və MERS infeksiyalarının müalicəsi zamanı effektli olub.

Preparatı ABŞ-ın “Gilead Sciences” bioəczaçılıq şirkəti istehsal edir. Onun kliniki sınaqları hazırda alimlərin beynəlxalq qrupu tərəfindən ağır xəstələrin müalicəsi üçün keçirilir.

Qeyd edək ki, bu günlərdə “Bloomberg” “Gilead Sciences Inc.” preparatının COVID-19 pasiyentlərinə təsir göstərdikdən sonra müalicə üçün təsdiqini və ya genişləndirilmiş istifadə formasını alacağı barədə məlumat yayıb.  

Son xəbərlər

Orphus sistemi