ABŞ koronavirus qurbanlarının xatirəsini anır

ABŞ koronavirus qurbanlarının xatirəsini anır İndiyədək 15 302 nəfərin öldüyü Nyu-York şəhərində bütün dövlət və özəl müəssisələrin binalarının qarşısındakı bayraqlar qeyri-müəyyən müddətədək yarıya endirilib, birdəqiqəlik süküt elan olunub.
Digər ölkələr
23 Aprel , 2020 14:22
ABŞ koronavirus qurbanlarının xatirəsini anır
Report

İndiyədək 15 302 nəfərin öldüyü Nyu-York şəhərində bütün dövlət və özəl müəssisələrin binalarının qarşısındakı bayraqlar qeyri-müəyyən müddətədək yarıya endirilib, birdəqiqəlik süküt elan olunub.

“Report”un xüsusi müxbiri xəbər verir ki, avtomobillər siqnal, gəmilər isə fit verib. 

Nyu-York şəhər bələdiyyəsinin sədri Bill De Blasionun imzaladığı qərarla fövqəladə vəziyyət rejimi başa çatanadək koronavirusdan ölənlərin xatirəsinə bayraqlar yarıyadək endirilmiş vəziyyətdə qalacaq. 

Yerli özünüidarəetmə qurumunun rəhbəri Nyu-Yorkda pandemiya qurbanlarının 60 faizinin xəstəxanalarda, 22 faizinin evlərdə, 18 faizinin qocalar evləri və ya sosial xidmət müəssisələrində qeydə alındığını açıqlayıb.

Eyni zamanda ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi (Phil Murphy) də koronavirusdan ölənlərin xatirəsinə bayraqların qeyri-müəyyən müddətədək yarıya endirilməsi ilə bağlı qərar imzalayıb. 

"Bu, dövlətimiz üçün ən böyük faciələrdən biridir", - o qeyd edib.

Müəllif: Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi