​ABŞ körfəzdə hərbi təlimlər keçirir

​ABŞ körfəzdə hərbi təlimlər keçirir Bu tədbirdə 3 min hərbçi iştirak edir
Digər ölkələr
16 Mart , 2015 20:08
​ABŞ körfəzdə hərbi təlimlər keçirir

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Komandanlığı İran körfəzində irimiqyaslı hərbi təlim keçirir.

"Report" İRNA-ya istinadən xəbər verir ki, təlimdə ABŞ-ın Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindəki bazasının 3 min hərbçisi iştirak edir.

Məlumata görə, manevr martın 31-dək sürəcək.

Xəbərdə bildirilib ki, hərbi tədbir İranla bağlı deyil, təlimdə İraq və Suriyadakı İŞİD terrorçularına qarşı mübarizə tapşırıqları yerinə yetiriləcək. 

Son xəbərlər

Orphus sistemi