ABŞ konqresmenləri Ukrayna məsələsinə görə Kiyev və Brüsselə səfər edəcək

ABŞ konqresmenləri Ukrayna məsələsinə görə Kiyev və Brüsselə səfər edəcək ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Miksin başçılığı ilə bir qrup konqresmen Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün Kiyev və Brüsselə səfər edib.
Digər ölkələr
26 Yanvar , 2022 08:36
ABŞ konqresmenləri Ukrayna məsələsinə görə Kiyev və Brüsselə səfər edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Miksin başçılığı ilə bir qrup konqresmen Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün Kiyev və Brüsselə səfər edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin saytında bildirilir.

Nümayəndə heyəti Brüsseldə NATO və Avropa İttifaqı nümayəndələri ilə görüşərək Şərqi Avropada təhlükəsizlik vəziyyətini, Ukrayna və Belarus sərhədlərində Rusiyanın hərbi mövcudluğunun artırılmasını müzakirə edəcək.

Kiyevdə isə Ukraynanın yüksək rütbəli rəsmiləri ilə görüş keçiriləcək.

Nümayəndə heyətinə Miksdən başqa, yeddi demokrat və üç respublikaçı qanunverici daxildir.

Son xəbərlər

Orphus sistemi