ABŞ konqresmenləri Myanmaya qarşı sanksiya tətbiq etməyə çağırıblar

ABŞ konqresmenləri Myanmaya qarşı sanksiya tətbiq etməyə çağırıblar Myanmadan Banqladeşə qaçan rohinca qaçqınlarının sayı 582 min nəfərə çatıb
Digər ölkələr
19 Oktyabr , 2017 07:52
ABŞ konqresmenləri Myanmaya qarşı sanksiya tətbiq etməyə çağırıblar

Bakı. 19 oktyabr. REPORT.AZ/ Qırxdan çox konqresmen rohinca müsəlmanlarının sıxışdırılması səbəbindən Myanma hökumətinə qarşı məhdudlaşdırıcı tədbirlər görməyi təklif ediblər.

“Report” xəbər verir ki, bu barədə konqresmenlərin ABŞ-ın dövlət katibi Reks Tillersona ünvanladıqları məktuba istinadən "Reuters" məlumat yayıb.

"Biz Birmada mühasirədə qalan və ya ora qayıtmaq istəyən insanların müdafiə və təhlükəsizliyinə nail olmaq, həmçinin onların qonşu ölkələrdən zor gücünə geri qaytarılmasına mane olmaqdan ötrü mümkün olan hər şeyi etməyə çağırırıq", - deyə siyasətçilərin bəyanatında bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatı bəyan edib ki, Myanmadan olan rohinca müsəlmanlarının sayı 582 min nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi