ABŞ Konqresinin Nümayəndələr Palatasında Trampın impiçmenti üzrə müzakirələr başlayıb

ABŞ Konqresinin Nümayəndələr Palatasında Trampın impiçmenti üzrə müzakirələr başlayıb ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ölkə prezidenti Donald Trampın impiçmenti üzrə müzakirələrə başlayıblar.
Digər ölkələr
18 Dekabr , 2019 22:16
ABŞ Konqresinin Nümayəndələr Palatasında Trampın impiçmenti üzrə müzakirələr başlayıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ölkə prezidenti Donald Trampın impiçmenti üzrə müzakirələrə başlayıblar.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Altısaatlıq müzakirələr Vaşinqton administrasiyasının başçısına qarşı iki - hakimiyyətdən sui-istifadə və Konqresin araşdırmasına mane olma maddələrindən ibarət ittihamların hər biri üzrə səsvermə ilə bitməlidir.

Qeyd edək ki, sentyabrın 24-də Nümayəndələr Palatası Trampın impiçmenti prosedurunun başlandığını elan edib. Demokrat Partiyası Nümayəndələr Palatasında əksəriyyətə malik olması hesabına bu prosesə təşəbbüs edə bilib.

Buna səbəb Trampın iyulda Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında rəsmi Kiyevə hazırkı Vaşinqton administrasiyasının 2020-ci ilin prezident seçkilərində növbəti müddətə seçilməsinə kömək etməsi məqsədilə qarşı tərəfə təzyiq göstərməsi ilə bağlı fərziyələrdir. 

Son xəbərlər

Orphus sistemi