ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb

ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb ABŞ Konqresinin binasında (Kapitoli) təhlükəsizlik tədbirləri artırılıb.
Digər ölkələr
18 Yanvar , 2021 21:00
ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb

ABŞ Konqresinin binasında (Kapitoli) təhlükəsizlik tədbirləri gücləndirilib.

“Report” “NBC News”ə istinadən xəbər verir ki, yaxınlıqda baş verən yanğınla əlaqədar olaraq, Kapitoliyə aid bütün binalara giriş-çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb.

Konqresdən verilən açıqlamaya görə, binada olanlara qapı və pəncərələrdən uzaq durmaq məsləhət görülür.

Kapitoli polisi bildirilib ki, idarə əməkdaşlarına hadisənin araşdırıldığı müddətdə sığınacaqda qalmaq tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi