ABŞ Konqresinin aşağı palatası İsraili dəstəkləyən qətnamə qəbul edib.
“Report”un məlumatına görə, qətnamənin qəbul edilməsinə 410 konqresmen səs verib.
Aşağı palatanın 10 üzvü müvafiq sənədin əleyhinə çıxıb, daha 6 deputat isə bitərəf qalıb.
HƏMAS hərəkatı və digər terrorçuların başlatdığı vəhşi müharibəyə qarşı yəhudi dövlətinin müdafiəsinə dəstəkdən bəhs edən qətnamənin qanunverici qüvvəsi yoxdur.