İŞİD-in Suriya və İraqdan kənarda 6 silahlı birləşməsi var

İŞİD-in Suriya və İraqdan kənarda 6 silahlı birləşməsi var ​ABŞ Konqresinin Araşdırma Xidməti: "İŞİD zəifləmək əvəzinə, metastaz verib"
Digər ölkələr
21 İyun , 2016 20:08
İŞİD-in Suriya və İraqdan kənarda 6 silahlı birləşməsi var

Bakı. 21 iyun. REPORT.AZ/ "Terrorçu İŞİD qruplaşması Suriya və İraqdan kənarda fəaliyyətdə olan 6 silahlı dəstə yaradıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Araşdırma Xidmətinin "İŞİD və Amerika siyasəti" adlı hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, İŞİD Afrika və Yaxın Şərqdə, eləcə də Əfqanıstanda fəaliyyətdə olan 6 silahlı birləşmə yaradıb: "İŞİD zəifləmək əvəzinə, dünyada metastaz verib. Onun təfrdarları Liviya, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Yəmən və Əfqanıstanda fəlaiyyət göstərir. Onun 6 qeyri-nizami ordusu üç qitədə,- hələ Avropa və ABŞ-dakı müxtəlif özəklərindən danışmırıq,- fəaliyyətinin davam etdirməkdədir. Onların özəyi qeyri-adi deyil. Təlim bazası, "Hava-hava" tipli raketləri, tank-əleyhinə silahlları, yüzlərlə, bəlkə də minlərlə döyüşçüsü ilə əsaslı ordudur."

Xatırladaq ki, ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Senatda çıxışında Suriya və İraqda 18-22 min İŞİD silahlısının olduğunu söyləmişdi. Onun sözlərinə görə, bu qruplaşmanın Liviyada 5-8 min, Nigeriyada 7 minə yaxın, Yəmən, Misir, Əfqanıstan və Pakistanda hər birində yüzlərlə silahlısı mövcuddur.

Son xəbərlər

Orphus sistemi