ABŞ Konqresinə Baydenin impiçmenti maddəsi təqdim edildi

ABŞ Konqresinə Baydenin impiçmenti maddəsi təqdim edildi ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin Birləşmiş Ştatların prezidenti Co Baydenin impiçmenti maddəsini müzakirəyə təqdim edib.
Digər ölkələr
22 Yanvar , 2021 03:26
ABŞ Konqresinə Baydenin impiçmenti maddəsi təqdim edildi
Marcori Teylor Qrin
0 : 00
0 : 00

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin Birləşmiş Ştatların prezidenti Co Baydenin impiçmenti maddəsini müzakirəyə təqdim edib.

“Report” xəbər verir ki, bu barədə o, özünün feysbukdakı videomüraciətində bildirib.

"Prezident Co Baydenin impiçmenti maddəsi indicə (Nümayəndələr Palatasına – red) təqdim edildi. Görək, bundan nə çıxacaq", – Qrin bildirib.

O, daha əvvəl özünün Baydenin dövlət başçısı səlahiyyətini icra etməsinin birinci günündə onun impiçmentinə təşəbbüs etmək niyyəti haqqında bildirib.

Co Bayden yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.

Son xəbərlər

Orphus sistemi