ABŞ Konqresində Ukraynanın silahlandırılmasıyla bağlı qanun layihəsi hazırlanıb

ABŞ Konqresində Ukraynanın silahlandırılmasıyla bağlı qanun layihəsi hazırlanıb Bu qərar rusiyameylli separatçılarla qarşıdurmada Ukrayna ordusuna böyük dəstək ola bilər
Digər ölkələr
13 Fevral , 2015 07:10
ABŞ Konqresində Ukraynanın silahlandırılmasıyla bağlı qanun layihəsi hazırlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ Konqresində bir qrup respublikaçı senator tərəfindən Ukraynaya silah-sursat verilməsi haqda qanun layihəsi hazırlanıb.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, bu sənəd artıq Konqresin məlumat bazasında qeydiyyata alınıb.

Ekspertlər hesab edir ki, əgər sözü gedən layihə qəbul edilərsə, bu, rusiyameylli separatçılarla qarşıdurmada Ukrayna ordusuna böyük dəstək ola bilər.

Amma eyni zamanda bunun Avropada genişmiqyaslı müharibəyə səbəb ola biləcəyindən ehtiyatlananlar da var.

Son xəbərlər

Orphus sistemi