ABŞ Konqresində “şatdaun”lara yol verməmək üçün ilkin razılıq əldə olunub

ABŞ Konqresində “şatdaun”lara yol verməmək üçün ilkin razılıq əldə olunub Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ-ın dörd nüfuzlu millət vəkili arasında hökumətin bir daha fəaliyyətini dayandırmaması üçün razılığa gəlindiyi açıqlanıb.
Digər ölkələr
12 Fevral , 2019 13:13
ABŞ Konqresində “şatdaun”lara yol verməmək üçün ilkin razılıq əldə olunub

Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ-ın dörd nüfuzlu millət vəkili arasında hökumətin bir daha fəaliyyətini dayandırmaması üçün razılığa gəlindiyi açıqlanıb.

“Report” “The Hill”ə istinadən xəbər verir ki, respublikaçı senator Riçard Şelbi bu barədə deyib: “Yaxşı axşamımız oldu. Öz aramızda Vətən Təhlükəsizliyi Nazirliyinə və daha altı qanun layihəsinə dair ilkin razılığa gəlmişik”.

Nümayəndələr Palatasının Təhsisatlar Komitəsinin aparıcı üzvləri olan Riçard Şelbi, senator Patrik Hevi, konqresmenlər Nita LouiKay Qrancer arasındakı bu razılığın ötən gün tərəflər arasında baş tutun üç görüşdən sonra əldə edildiyi bildirilir.

Bundan əvvəl Prezident Donald Tramp “şatdaun”un başa çatdığını açıqlamışdı.

Xatırladaq ki, ABŞ hökuməti dekabrın 22-də qismən fəaliyyətini dayandırmışdı.

Son xəbərlər

Orphus sistemi