ABŞ Konqresində qondarma "erməni soyqırımı" ilə bağlı yeni qətnamə layihəsi hazırlanıb

ABŞ Konqresində qondarma "erməni soyqırımı" ilə bağlı yeni qətnamə layihəsi hazırlanıb ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü hazırladığı yeni qətnamə layihəsini təqdim edib
Digər ölkələr
19 Mart , 2015 07:16
ABŞ Konqresində qondarma erməni soyqırımı ilə bağlı yeni qətnamə layihəsi hazırlanıb

Bakı. 19 mart. REPORT.AZ/ ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü "Erməni soyqırımı: Həqiqət və Ədalət" adlanan yeni qətnamə layihəsi hazırlayıb.

"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsinin müəllifləri ABŞ prezidenti Barack Obamanı 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsini soyqırım kimi tanımağa çağırıblar. Sənədi 40 respublikaçı və demokrat millət vəkili dəstəkləyib.

Qətnamə layihəsində 1915-ci ilin hadisələri "insanlığa qarşı cinayət" adlandırılır.

Qətnamə layihəsini hazırlayanlardan biri, Kaliforniyadan olan Adam Schiff bildirib ki, ermənilərin soyqırıma məruz qalması "danılmaz faktdır" və 20-ci əsrin ilk soyqırımıdır.

Respublikaçı Robert Dold isə deyib ki, ABŞ bu qətnaməni qəbul etməklə bütün dünyaya mesaj verməlidir ki, insan haqlarını pozan heç bir ölkəyə tolerantlıq göstərməyəcək.

Son xəbərlər

Orphus sistemi