ABŞ Konqresində Donald Trampa qarşı istintaq aparılmasını tələb ediblər

ABŞ Konqresində Donald Trampa qarşı istintaq aparılmasını tələb ediblər Nəzarət və Dövlət İslahatları Komitəsinə və Hüquq Komitəsinə dərhal birgə istintaqa başlamaqla bağlı müraciət ünvanlanıb
Digər ölkələr
17 May , 2017 09:46
ABŞ Konqresində Donald Trampa qarşı istintaq aparılmasını tələb ediblər
Report.az

Bakı. 17 may. REPORT.AZ/ ABŞ Nümayəndələr Palatasının Nəzarət və Dövlət İslahatları Komitəsi və Hüquq Komitəsinə daxil olan Demokratlar Partiyasının üzvləri ABŞ prezidenti Donald Trampa, ədliyyə naziri Ceff Seşnsa və Ağ Evin bir neçə yüksək vəzifəli məmuruna qarşı dərhal istintaq başladılmasını tələb edən məktub imzalayıb.

"Report" "The Hill" nəşrinə istinadən xəbər verir ki, Komitə sədrlərinə ünvanlanmış məktubu bu komitələrə daxil olan 33 demokratın hamısı imzalayıb.

Məktubda D.Trampın prezident kampaniyası və onun rusiyalı məmurlarla əlaqələri üzrə hazırda Federal Təhqiqatlar Bürosu, Ədliyyə Nazirliyi və Konqres tərəfindən aparılan araşdırmalara maneə törətmək cəhdlərinin olub-olmamasının dərhal istintaq vasitəsilə müəyyənləşdirilməsinin zəruriliyi göstərilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərindən sonra seçki kampaniyasına iddia olunan xarici müdaxilə üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi