Yuxarı

ABŞ Konqresində BMT-nin İsrail ilə bağlı qətnaməsi pislənib

Nümayəndələr Palatasının 342 üzvü qətnamənin əleyhinə çıxış edib

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri BMT-nin İsrailin Fələstin torpaqlarında məskənsalma siyasətinə qarşı qəbul etdiyi qətnaməni pisləyiblər.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının qərarını pisləyən bəyanatın qəbul olunmasının lehinə Nümayəndələr Palatasının 342 üzvü çıxış edib, Aşağı Palatanın 80 üzvü bəyanatın əleyhinə səs verib.

Sənədə əsasən, ABŞ BMT Təhlükəsizlik Şurasının gələcəkdə birtərəfli və ya İsrailin əleyhinə qəbul olunacaq qətnamələrinə veto qoymalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi