ABŞ Konqresi Ukraynaya yardım xərclərinə nəzarətlə bağlı dinləmələr keçirəcək

ABŞ Konqresi Ukraynaya yardım xərclərinə nəzarətlə bağlı dinləmələr keçirəcək ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Ukraynaya yardıma nəzarətlə bağlı dinləmələr keçirəcək.
Digər ölkələr
23 Mart , 2023 08:57
ABŞ Konqresi Ukraynaya yardım xərclərinə nəzarətlə bağlı dinləmələr keçirəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Ukraynaya yardıma nəzarətlə bağlı dinləmələr keçirəcək.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Komitə sədri Maykl Makkol martın 29-da “Ukraynaya yardıma nəzarət, şəffaflıq və hesabatlılıq” mövzusunda dinləmələrin keçiriləcəyini açıqlayıb.

Dinləmələr çərçivəsində Pentaqonun, Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nəzarət strukturlarının hesabatları açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi