ABŞ Konqresi Ukraynaya 300 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

ABŞ Konqresi Ukraynaya 300 milyon dollarlıq hərbi yardımı təsdiqləyib ABŞ konqresi 2022-ci il müdafiə büdcəsi üçün Ukrayna Silahlı Qüvvələrinə 300 milyon dollarlıq hərbi yardımı təsdiqləyib.
Digər ölkələr
8 Dekabr , 2021 11:10
ABŞ Konqresi Ukraynaya 300 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ildə Ukraynaya 300 milyon dollar hərbi yardım göstərilməsini təsdiqləyib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, yardım Ukrayna Silahlı Qüvvələrinə çatacaq.

Qərar ABŞ-ın müdafiə büdcəsinin müzakirəsi zamanı qəbul edilib.

Birləşmiş Ştatların gələn ilki müdafiə büdcəsinin ümumi həcmi 770 milyard dollardır.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya 300 milyon dollar hərbi yardım göstərilməsi haqqında qərarı Senatda da təsdiqlənməlidir. Sənəd Birləşmiş Ştatların Prezidenti Cozef Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi