ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollarlıq yardımı təsdiqləyib

ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollarlıq yardımı təsdiqləyib ABŞ Konqresinin Nümayəndələr Palatası dünən Ukraynaya 13,6 milyard dollar yardımı təsdiqləyib.
Digər ölkələr
10 Mart , 2022 08:51
ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollarlıq yardımı təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası dünən Ukraynaya 13,6 milyard dollar yardımı təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr qeyd edib ki, qərar dərhal qəbul edilib. Çünki qanunvericilər Rusiyanın hücumu fonunda Ukraynaya dəstək nümayiş etdirməyə çalışırlar.

“Reuters” isə bildirib ki, Ukraynaya yardım Rusiya qoşunlarına qarşı mübarizədə Silahlı Qüvvələrin dəstəklənməsi və vətəndaşlara, o cümlədən təxminən 1,5 milyon nəfər qaçqına humanitar yardımın göstərilməsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi