ABŞ Konqresi rəsmi qurumlara işgəncə tətbiqini qadağan edib

ABŞ Konqresi rəsmi qurumlara işgəncə tətbiqini qadağan edib "ABŞ-ın dəyərlərinə ciddi zərbə vuran metodlar əksər hallarda nəticə verməyib"
Digər ölkələr
8 Oktyabr , 2015 01:54
ABŞ Konqresi rəsmi qurumlara işgəncə tətbiqini qadağan edib

Bakı. 8 oktyabr. REPORT.AZ/ABŞ Konqresi işgəncə metodlarının tətbiqini rəsmi qurumlara qadağan edib.

“Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Respublikaçı-senator Con Makkeynin təşəbbüsü ilə ABŞ-ın Hərbi büdcəsinə dair qanun layinəsinə “bütün növ işgəncə metodlarının qadağan edilməsinə” dair əlavə maddə daxil edilib.

Makkeynin sözlərinə görə, ABŞ-ın dəyərlərinə ciddi zərbə vuran işgəncə metodları əksər hallarda istənilən nəticəni verməyib.

Hərbi büdcəyə dair qanun prezident Barak Obamaya göndərilib. Əksər ekspertlər hesab edir ki, Ağ Ev başçısı bu sənədi veto edəcək.

Son xəbərlər

Orphus sistemi