ABŞ Konqresi İrana qarşı sanksiyalar təklif edən qanun layihəsini təsdiqləyib

ABŞ Konqresi İrana qarşı sanksiyalar təklif edən qanun layihəsini təsdiqləyib Bakı. 27 aprel. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə insan hüquqlarının pozulması ilə əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini, demək olar yekdilliklə, təsdiqləyib.
Digər ölkələr
27 Aprel , 2018 06:54
ABŞ Konqresi İrana qarşı sanksiyalar təklif edən qanun layihəsini təsdiqləyib

Bakı. 27 aprel. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə insan hüquqlarının pozulması ilə əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini, demək olar yekdilliklə, təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın Aşağı Palatasının Xarici Əlaqələr Komitəsinin geniş yayılmış bəyanatında qeyd olunur.

Təşəbbüs, həmçinin, dövlət sektorunda korrupsiya ilə əlaqədar olaraq İran şirkətlərinə qarşı sanksiyaların tətbiq olunmasını müəyyənləşdirməyi tələb edir.

Son xəbərlər

Orphus sistemi