ABŞ Konqresi Brett Kavanonu Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib

ABŞ Konqresi Brett Kavanonu Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ Senatı Brett Kavanonu Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib.
Digər ölkələr
7 Oktyabr , 2018 00:16
ABŞ Konqresi Brett Kavanonu Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ Senatı Brett Kavanonu Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, onun namizədliyi üzrə səsvermə şənbə günü Vaşinqtonda Ali Məhkəmə və Konqres binaları qarşısında onun bu vəzifəyə təyinatına qarşı keçirilən etirazlar fonunda baş tutub.

CNN telekanalı iclası birbaşa yayımlayıb.

Səsvermə zamanı qapı arxasında olan və əksəriyyətini qadınlar təşkil edən etirazçıların qışqırıq səsləri eşidilib. Onlar iclasın gedişatına mane olmağa çalışıblar. Bu səbəbdən vitse-prezident Pens təsdiqetmə prosedurunu bir neçə dəfə dayandırmalı olub.

Son xəbərlər

Orphus sistemi