ABŞ Konqresi 2025-ci maliyyə ili üçün 895 milyard dollardan çox hərbi büdcə qəbul edib

ABŞ Konqresi 2025-ci maliyyə ili üçün 895 milyard dollardan çox hərbi büdcə qəbul edib ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün hərbi xərcləri 895,2 milyard dollar həcmində təsdiqləyib.
Digər ölkələr
14 iyun 2024 22:58
ABŞ Konqresi 2025-ci maliyyə ili üçün 895 milyard dollardan çox hərbi büdcə qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün hərbi xərcləri 895,2 milyard dollar həcmində təsdiqləyib.

“Report” xəbər verir ki, 217 konqresmen sənədin lehinə, 199-u isə əleyhinə səs verib.

Eyni zamanda, hazırda Nümayəndələr Palatasında azlığa malik ABŞ Demokrat Partiyasından altı qanunverici qanun layihəsini dəstəkləyib, üç respublikaçı (hazırkı çoxluq fraksiyası) isə onun əleyhinə çıxış edib. Sənədə daxil edilən ayırmaların səviyyəsi ABŞ-nin 2024-cü maliyyə ili üçün təsdiqlənmiş hərbi xərclərindən 1 faiz (9 milyard dollar) çoxdur.

Qanun layihəsi nüvə proqramlarına 33 milyard dollar, yeni silahların alınmasına 164 milyard dollar, elmi-tədqiqat və təkmilləşdirmə işlərinə 144 milyard dollar, hərbi texnikanın istismarı və texniki qulluğuna 295 milyard dollar, şəxsi heyətə müavinətlərin ödənilməsi və tibbi xidmətə 236 milyard dollar, onlar üçün yaşayışa 18 milyard dolların ayrılmasını nəzərdə tutur.

Sənəddə həmçinin ABŞ ordusunun tərkibində Pilotsuz Aviasiya Korpusunun formalaşdırılması və dron əleyhinə sistemin hazırlanması və alınması üçün 350 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi