ABŞ-ın İraqdakı səfiri Stuart Cones isə verdiyi açıqlamada yaradılacaq hərbi qüvvənin təhsili və silahlandırılmasını beynəlxalq koalisiyanın maliyyələşdirəcəyini bildirib.
Eyni zamanda bu qüvvənin İraqın Ənbar vilayətinin bir qrup nümayəndə heyətinin ABŞ-a səfərindən sonra yaradılacağı deyilir. Belə bir qüvvənin yaradılmasında əsas məqsəd Ənbar vilayətinin bütün bölgələrini İŞİD üzvlərindən təmizləmək, eləcə də vilayətin sərhədlərini qorumaq vəzifələrini yerinə yetirməkdir.
Qeyd edək ki, İŞİD-in cari ilin iyun ayında İraqın Mosul vilayəti başda olmaqla digər bölgələri ələ keçirməsi nəticəsində qruplaşma ilə güc strukturları arasında qarşıdurmalar geniş vüsət alıb. Bu səbəbdən ABŞ və koalisiya qüvvələri İraq ordusuna havadan dəstək verir.