Yuxarı
    Bağlamaq

    ABŞ Kim Çen Namın KXDR casusları tərəfindən öldürüldüyünü hesab edir

    Eyni zamanda bu versiyaya dair tutarlı dəlil gətirilmir

    Bakı. 14 fevral. REPORT.AZ/ Amerika administrasiyası fevralın 14-də Malayziyada dünyasını dəyişmiş Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen Inın qardaşı Kim Çen Nam qətlə yetirildiyindən şübhələnir. Vaşinqtonun fikrincə, baş verənlərə görə məsuliyyəti KXDR-nin xüsusi xidmət orqanları daşıyır.

    "Report" xəbər verir ki, bu barədə Amerika hökumətində adı açıqlanmayan mənbəyə istinadən "Reuters" məlumat yayıb.

    Bununla belə, mənbə sözügedən versiyaya dair "tutarlı dəlil" gətirməyib. Eyni zamanda, o bildirib ki, ABŞ hakimiyyəti Kim Çen Namın hansı şəraitdə öldüyünü hələ müəyyən etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi