ABŞ kəşfiyyatının keçmiş əməkdaşının Rusiyada yaşamaq icazəsi daha 3 il uzadılıb

ABŞ kəşfiyyatının keçmiş əməkdaşının Rusiyada yaşamaq icazəsi daha 3 il uzadılıb Edvard Snouden 2020-ci ilədək Rusiyada qala biləcək
Digər ölkələr
18 Yanvar , 2017 15:39
ABŞ kəşfiyyatının keçmiş əməkdaşının Rusiyada yaşamaq icazəsi daha 3 il uzadılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenin Rusiyada qalma müddəti daha 3 il uzadılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu onun vəkili Anatoli Kuçeren bildirib.

Vəkilin sözlərinə görə, MKİ-nin keçmiş əməkdaşı 2020-ci ilədək Rusiyada qala biləcək. A.Kuçerin deyib ki, E.Snouden yaxın illərdə Rusiya vətəndaşı olmaq üçün müraciət edə bilər: “Qanunvericiliyə əsasən, Rusiyada qalmaq icazəsi almaq üçün 5 il bu ölkədə yaşamaq lazımdır. Vətəndaşlıqla bağlı qərarı istisnasız olaraq, özü qəbul edəcək ”.

Qeyd edək ki, Snouden 2013-cü ilin iyununda Rusiyaya sığınıb. 2014-cü ildə o, 3 illiyə yaşamaq hüququ alıb. 

Son xəbərlər

Orphus sistemi